Dünya

Numan Kurtulmuş: "15 iyulda bizi tapdıqları yerdə öldürəcəkdilər"

14 İyul 2017 17:34
0 Şərh     Baxış: 237

"Fətullahçı Terror Təşkilatı gizli dini təşkilatdır, İŞİD kimi islam dininə ləkə gətirməyə çalışır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu 15 iyul - hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Numan Kurtulmuş xarici media mənsubları ilə görüşdə bildirib. N. Kurtulmuş deyib ki, İŞİD kimi FETÖ də gözünü qırpmadan insanları qətlə yetirir: "FETÖ tək Türkiyəni təhdid etmir, bir çox ölkə üçün təhlükədir".
 
Türkiyə baş nazirinin müavini 15 iyul hərbi çevriliş cəhdinin planlaşdırılmış və nəzarətdə olan çevriliş cəhdi adlandıranların yanlış yolda olduğunu vurğulayıb: "15 iyul gecəsi Rəcəb Tayyib Ərdoğanı, bizi tapsaydılar, bizi elə oradaca öldürəcəkdilər. Türkiyədə parlament, partiyalar olmayacaqdı, Türkiyə Suriya kimi bir daxili savaşa sürüklənəcək, bəlkə də İraq kimi işğala məruz qalacaqdı. İndi hansı ağıl sahibi Türkiyədə yaşananlara nəzarətdə olan çevriliş cəhdi deyə bilir? Bu, millətin qarşısını aldığı bir çevriliş cəhdi idi. Məqsədimiz bu terror təşkilatının içində olanları Türkiyədə təmizləmək, günahı olmayanların da ziyan çəkməməsinə çalışmaqdır. Qərb dairələrinin bu sahədə iddiaları əsaslı sayıla bilməz. Bu mübarizədə dostlarımızı yanımızda görmək istəyirik.  15 iyulda yanımızda olan dost ölkələrə təşəkkür edirik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.