Dünya

Parisdə təşkil edilə paradda 15 ildən sonra bir ilk

14 İyul 2017 14:16
0 Şərh     Baxış: 643

Amerikalı hərbçilər son 15 il ərzində ilk dəfə Parisdə Bastiliya günü ilə əlaqədar keçirilən ənənəvi hərbi paradda iştirak edirlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ABŞ paradda Birinci dünya müharibəsinə qoşulmasının 100 illiyi münasibətilə iştirak edir.

Hərbi paradı Fransa prezidenti Emmanuel Makronla yanaşı bu ölkədə səfərdə olan Donald Tramp da izləyəcək.

Ümumilikdə paradda 3700 hərbçi və 100 təyyarə və helikopter iştirak edəcək.

Qeyd edək ki, sonuncu dəfə ABŞ qoşunları 2002-ci ildə Parisdə hərbi paradda iştirak etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.