Dünya

"Rusiya ABŞ diplomatlarının Moskvadan çıxarılmasına hazırdır" - Mariya Zaxarova

14 İyul 2017 14:13
0 Şərh     Baxış: 889

"Rusiyanın diplomatik əmlaklarının qaytarılması məsələsində irəliləyiş olmasa, Moskva əvvəlcədən həm ikitərəfli kanallarla, həm də açıq şəkildə bildirdiyi kimi, ABŞ-a qarşı cavab addımları atacaq".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə ABŞ tərəfinin Rusiyanın diplomatik əmlakını müsadirə etməsi məsələsini şərh edərkən deyib.

"Müsadirə edilmiş obyektlər hələ də qaytarılmayıb. Vaşinqtona nəinki əməkdaşların ölkədən çıxarılması qərarını dəyişmir, hətta onları əvəz etməli olanlara da viza vermir", - M.Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, Rusiya bu məsələdə analoji cavab verməyə hazırdır.

"Səbrimizi sınamaq lazım deyil. Biz heç vaxt tələsik addım atmırıq. Çox uzun müddət fasilə verdik. Amerikalı tərəfdaşlarımız başa düşmürsə, müəyyən məqamda məhz bu istiqamətdə addım atmalı olacağıq", - o bildirib.

O qeyd edib ki, iyulun 17-də Vaşinqtonda ikitərəfli əlaqələr üzrə məsləhətləşmələr keçiriləcək. XİN rəsmisinin sözlərinə görə, Rusiya tərəfdən xarici işlər nazirinin müavini Sergey Ryabkov və ABŞ tərəfdən isə dövlət katibinin baş müavini Tomas Şennanın iştirak edəcəyi məsləhətləşmələrdə məhz bu məsələlər müzakirə olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.