Dünya

"Türkiyədə hərbi çevriliş cəhdi xaricdən dəstəklənib"

14 İyul 2017 13:44
1 Şərh     Baxış: 428

"Türkiyədə hərbi çevriliş cəhdi əlbəttə ki, xaricdən dəstəklənib".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, partiya sözçüsü Mahir Ünal 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı bir qrup Azərbaycan və xarici media mənsubları ilə görüşdə bildirib. 

M. Ünal deyib ki, bu hərbi çevriliş cəhdinin ABŞ-ın NATO-da müttəfiqi olan, Avropa İttifaqına üzvlüyə namizəd bir ölkədə baş verməsi təəccüblüdür: "Ancaq əlimizdə bu hərbi çevriliş cəhdinin konkret hansı xarici ölkə tərəfindən dəstəkləndiyi barədə konkret dəlil yoxdur".
 
AKP sədrinin müavini hərbi çevriliş cəhdi dönəmində Azərbaycana dəstək verdiyi üçün təşəkkür edib.

AKP sədrinin müavini hərbi çevriliş cəhdi dönəmində Azərbaycana dəstək verdiyi üçün təşəkkür edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Fr · 14 İyul 13:5210

    Esas destekliyen ABŞ dır, Gülene sahib çıxması isbat edir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.