Dünya

"Türkiyə S-400 komplekslərini Ermənistan sərhədində yerləşdirməyi planlaşdırır"

14 İyul 2017 12:05
4 Şərh     Baxış: 2 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəsmi Ankara Rusiyadan S-400 zenit-raket komplekslərinin alışı üçün 2,5 milyard dollar ödəməyə hazırdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Türkiyədəki mənbələrə istinadən xəbər verir.

Yüksək vəzifəli türkiyəli məmurun sözlərinə görə, gələn il Ankara Rusiyadan 2 S-400 batareyası almağı planlaşdırır.

Rusiya tərəfi bu barədə şərh verməyib.

Qeyd olunur ki, Rusiya silah sistemləri NATO standartlarına uyğun olmasa da, Türkiyə bu sistemləri Alyans rəhbərliyi tərəfindən tətbiq edilən məhdudiyyətlərin qüvvədə olduğu regionlarda - Ermənistan və Yunanıstan sərhədlərində, Egey dənizi sahillərində yerləşdirməyi planlaşdırır.

Müəllifin fikrincə, Rusiya istehsallı silahların alışı ilə bağlı saziş onu göstərir ki, Türkiyə NATO-dan üz çevirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.