Kamçatkada zəlzələ baş verib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeraltı təkanların gücü 5 bal olub.
Zəlzələnin episentrinin Klyuçevskaya vulkanı ətəklərində 180 km dərinlikdə qeydə alındığı bildirilib. Fövqəladə Xidmət yeraltı təkanların Klyuçi Ust-Kamçatka yaşayış rayonunda da hiss edildiyini bildirib.
Zəlzələ nəticəsində dağıntılar və təlafat barədə məlumat verilməyib.
Milli.Az