Dünya

Perunun sabiq prezidenti və xanımı həbs olunur

14 İyul 2017 09:21
0 Şərh     Baxış: 380

Perunun sabiq prezidenti Olyanta Umala və xanımı Nadin Erediya haqqında məhkəmə 18 aylıq həbs qətimkan qərarı çıxarıb və onlar həbsə alınıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, məhkəmə həbs qərarını qəbul etdikdən dərhal sonra onlar polisin müşayiəti ilə könüllü olaraq məntəqəyə gəliblər. Sabiq prezident və xanımının konkret olaraq cəzalarını harada çəkəcəkləri hələ məlum deyil.

Sabiq Peru prezidentinə qarşı sürülən ittihamlara gəlincə, o, hakimiyyətdə olarkən 2006 və 2011-ci illərdə Peru Milli Partiyasının seçkiqabağı kampaniya zamanı maliyyələşmə üçün "Odebrecht" tikinti şirkətindən, "OAS" firmasından, eləcə də Venesuela hakimiyyətindən pul almaqda ittiham olunur.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.