Dünya

Lavrov: “Rusiya Əsədi dəstəkləmir”

13 İyul 2017 22:16
1 Şərh     Baxış: 491

Moskva Suriya prezidenti Bəşər Əsədi dəstəkləmir, əksinə, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə sadiqdir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri  Sergey Lavrov bildirib.  
Onun sözlərinə görə, Suriyanın və bu ölkənin liderinin taleyini yalnız bu ölkənin xalqı müəyyən edə bilər.
 
"Biz Əsədi dəstəkləmirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə sadiqik.  Suriyaya gəlincə isə, qətnamələrdə açıq-aydın yazılıb ki, Suriyanın taleyini yalnız Suriya xalqı müəyyən etməlidir", - deyə Lavrob bildirib.
 
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də bir neçə gün əvvəl "G20" sammitində çıxışı zamanı bildirmişdi ki, Suriyanın və Bəşər Əsədin taleyini yalnız Suriya xalqı müəyyən edə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Elşən · 14 İyul 00:1900

    Bunun sifətindən biganəlik-ermənilik yağır,onun fikirlərinə ciddi yanaşmaq sadəlövhlük olar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.