Dünya

Mosulun qərbində yenidən döyüşlər başlayıb

13 İyul 2017 21:51
0 Şərh     Baxış: 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mosulun qərb hissəsindəki bir neçə rayonda hökumət qüvvələri ilə İŞİD terror qruplaşmasının yaraqlıları arasında yenidən döyüşlər başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu gün xüsusən Aş-Şahvan və Al-Maydan rayonlarında silahlı toqquşmalar şiddətlənib, bir neçə hərbçi yaralanıb. Döyüşlərin artıq üç gündür davam etməsinə baxmayaraq, güc strukturları bu rayonlarda irəliləyə bilmirlər. Onların köməyinə könüllülər gəlir. Hərbçilərə, eyni zamanda, havadan döyüş və kəşfiyyat uçuşları həyata keçirən helikopterlər kömək göstərir.

Yaraqlılar ölkənin böyüklüyünə görə bu ikinci şəhərini üç ildən çox idi ki, öz əllərində saxlayırdı. İraqın Baş naziri Heydər əl-Abadi iyulun 10-da Mosulda İŞİD üzərində qələbə qazanıldığını rəsmən elan edib. Hərbi əməliyyatların komandanı, ABŞ generalı Stiven Taunsend isə bildirib ki, şəhərin yaraqlılardan təmizlənməsi daha bir neçə həftə çəkəcək.

Şəhərdə humanitar böhran fəlakət həddinə çatıb. Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə, ötən ilin oktyabrından bəri davam edən hərbi əməliyyatlar səbəbindən Mosulun 1 milyon 34 min sakini məcburi köçkünə çevrilib. Onların 821 min nəfərindən çoxu hələ də evlərinə qayıda bilmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.