Dünya

Oyun zamanı huşunu itirən futbolçu iə bağlı PİS XƏBƏR - FOTO

13 İyul 2017 17:05
0 Şərh     Baxış: 1 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bundesliqa təmsilçisi "Verder Bremen"lə təlim-məşq toplanışı çərçivəsində keçirilən yoldaşlıq matçı zamanı yerə yıxılan "Ayaks"lı futbolçunun başında ciddi problem aşkarlanıb.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, təcili xəstəxanaya çatdırılan 20 yaşlı futbolçu Nourinin beynində qalıcı və ciddi problemin olduğu açıqlanıb.

Bu haqda Abdelhak Nourinin sağlamlıq vəziyyəti ilə bağlı klubundan edilən açıqlamada məlumat verilib.

Nourinin beyninə bir müddət oksigen getmədiyindən ciddi fəsadlara gətirib çıxarıb.

Qeyd edək ki, mərkəz yarımmüdafiəçisi olan 20 yaşlı Mərakeş əsilli hollandiyalı futbolçu gələcəyin ulduzları arasında göstərilirdi.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.