Dünya

Türkiyədə 50 mindən çox FETÖ-çü tutuldu - general, qubernator, prokuror...

13 İyul 2017 16:06
1 Şərh     Baxış: 677

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra il ərzində 50 mindən çox insan qiyamda iştirak etməkdə ittiham olunaraq həbs edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 2016-cı il iyulun 15-dən etibarən Fəthullah Gülən hərəkatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən 169 013 nəfərə qarşı cinayət işi açılıb. Yekunda 50 510 insan həbs edilib. Onlardan 169-u general, 7098-i hərbçi, 8815-i təhlükəsizlik oqranlarının əməkdaşı, 24-ü qubernator, 73-ü isə qubernator müavinidir".

Qeyd olunur ki, 48 400 nəfər yaşadığı yeri tərk etməmək şərtilə azadlığa buraxılıb, 8087-i axtarışdadır, 43 404 nəfər isə azadlığa buraxılıb.

Həbs edilənlər arasında hakim, prokuror, vəkil və digərləri (cəmi 2431 nəfər) də var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Sosyal Müsülüman · 13 İyul 21:1900

    Fetoçuları heps etmek yox,edam etmek lazımdı,çünki vetene xeyanet anaya xeyanetdi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.