Dünya

Eyfel qülləsi bağlandı - Trampa görə

13 İyul 2017 15:19
0 Şərh     Baxış: 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Parisin Eyfel qülləsi bu həftənin şənbə gününə qədər ziyarətçiləri qəbul etməyəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qüllənin müdiriyyəti bu qərarın ABŞ prezidenti Donald Trampın Fransaya işgüzar səfəri ilə bağlı olduğunu bildirib.

Belə ki, iyulun 13-14-də Eyfel qülləsi işləməyəcək, iyulun 15-də saat 9:00-dan qapılarını ziyarətçilərin üzünə açacaq.

Daha öncə Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı ilə Tramp və xanımını bu qüllədə yerləşən restoranda qəbul edəcəkləri bildirilmişdi.

Qeyd edək ki, Tramp və xanımı iyulun 13-də Parisə iki günlük səfər gəliblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.