Dünya

Millinin idmançısı fəhləlik edir - VİDEO - FOTO

13 İyul 2017 14:42
2 Şərh     Baxış: 1 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə və Avropanın boks çempionatlarında dərəcələri olan 20 yaşlı Fırat Karakuşun son halını görənlər gözlərinə inanmayıblar.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Karabük rayonunda yaşayan Həsən Karakuşun 3 uşağından ən böyüyü olan Fırat Karakuş ailəsini dolandırmaq üçün boksu tərk edərək qara fəhləliklə məşğul olmağa başlayıb.

Karakuş Rusiyanın Qroznı şəhərində 2011-ci ilin 11- 16 iyul tarixlərində Avropa Tələbələr arası Boks Çempionatında öz çəkisində üçüncü olub. 

Başqa bir çox beynəlxalq və ölkə çempionatlarında medallara laiq görülən gənc idmançı 2015-ci ildə Malatyada təşkil edilən turnirdə sağ biləyindən zədələndiyi üçün boksu tərk edib.

Sağ qulağında da eşitmə problemi olduğu üçün əsgərliyə yararsız kimi göstərilən Karakuş yaşadığı şanssızlıqlar səbəbiylə xəyallarını gerçəkləşdirə bilmədiyini deyib:

"Zədələnib boksdan uzaqlaşanda əsgərliyə getmək istədim. Hətta kəşfiyyatçı olmaq, komandir olmaq istəyirdim. Amma əsgərliyə yararlı olmadığım açıqlandı. Uşaqlıq illərimdə də zaman-zaman fəhləlik etdim. İndi də boks və əsgərlik xəyallarım bitincə yenidən bu işə başladım. Milli komandada çıxış etmişəm. Amma həyat məni bu yerə gətirdi".

Təhməz Təkin

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Millinin idmançısı qara fəhləlik edir

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.