Dünya

Boris Nemtsovun qatillərinə HÖKM OXUNDU

13 İyul 2017 12:47
0 Şərh     Baxış: 606

Moskva Dairə Hərbi Məhkəməsində müxalifət lideri Boris Nemtsovun qətlində təqsirləndirilən şəxslərə hökm oxunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Nemtsovun qətlində təqsirli bilinənlər 11 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər. 
 
İşdə əsas fiqurant olan Zaur Dadayev 20 il həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, Boris Nemtsov 2015-ci il fevralın 27-də gecə saatlarında Kreml yaxınlığında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Martın 8-də məhkəmənin qərarı ilə Həmzət Baxayev, Tamerlan Əsgərxanov, Şahid Qubaşev, Anzor Qubaşev və Zaur Dadayev barəsində həbs-qətimkan tədbiri seçilib. 2015-ci ilin noyabr ayından beynəlxalq axtarışda olan, qətlin ehtimal edilən sifarişçisi və təşkilatçısı Ruslan Muxudinov haqqında istintaq isə davam edir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.