Dünya

Məşhur yazıçı evində ölü tapıldı: necə yazmışdısa, elə də öldü

13 İyul 2017 11:55
1 Şərh     Baxış: 1 323

Fransız yazıçı öz əsərinin qəhrəmanı kimi öldü.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yazıçı Jan Mişel Lamber öz evində ölü tapılıb.
 
Polislər yazıçının başında plastik paket, boğazında sıxılmış qalstuk görüblər. Ehtimal olunur ki, onu kimsə qalstukla boğaraq öldürüb. Yazıçının bədənində zorakılıq əlamətləri tapılıb.
 
Jan Mişel Lamberin sonuncu romanında qəhrəmanın intiharı eynən bu vəziyyətin oxşarıdır. Lamberin qəhrəmanı Şaberin ölümü kitabda bu cür əksini tapıb:
 
"Keçən gecə professor Şaber öz otağında keçindi. Onun ölü bədənini iş yoldaşları tapdı. Başında plastik paket vardı, əyləşdiyi kreslonun ayağında viski şüşələri gözə dəyirdi..."
 
Xatırladaq ki, polis yazıçının sirli ölümünü araşdırmağa davam edir. Hüquq-mühafizə orqanları yazıçının intihar etməsi versiyasının doğru olmadığını düşünür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Nardawa · 13 İyul 13:5100

    İndi yazıcı cemiyyet üçün maraqli fiqur deyil.Bikini gösteren model ondan qat-qat hormetlidir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.