Dünya

Türkiyədə kazarmada yanğın silah anbarına keçdi: 10 hərbçinin vəziyyəti ağırdır - FOTO

13 İyul 2017 10:16
0 Şərh     Baxış: 533

Türkiyənin Kilis vilayətində "Fərat qalxanı" əməliyyatında iştirak edən hərbçilərin qaldığı konteynerlərdən ibarət kazarmada yanğın baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əsən güclü külək nəticəsində yanğın silah anbarına keçib, bir sıra döyüş sursatları partlayıb.

Qatı tüstüdən zəhərlənən 10 hərbçi xəstəxanaya yerləşdirilib.

Yanğının söndürülməsinə helikopter də cəlb olunub.

Hazırda hansı səbəbdən baş verdiyi araşdırılan yanğın söndürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.