Dünya

"Trampdan güzəşt gözləmirik" - Putinin sözçüsü

12 İyul 2017 18:07
0 Şərh     Baxış: 855

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, rəsmi Moskva ABŞ prezidenti Donald Trampdan güzəşt gözləmir və özü də güzəştə getməyə hazır deyil.

Milli.Az xəbər verir ki, bu barədə azvision.az "RİA Novosti"yə istinadən xəbər verir. 

"Rəsmi Moskva prezident Trampdan güzəştlər gözləmir", - deyə Peskov vurğulayıb. 
Mətbuat katibinin sözlərinə görə, Putin heç vaxt güzəştlərdən danışmayıb və belə bir məsələ qaldırmayıb. 

Qeyd edək ki, daha əvvəl Peskov bəyan etmişdi ki, Vladimir Putin G20 sammiti çərçivəsində Donald Trampla görüşdən razı qalıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.