Dünya

İranda təyyarə təcili eniş etdi

12 İyul 2017 12:44
0 Şərh     Baxış: 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda İsfahandan Tehrana uçuş həyata keçirməli olan təyyarə texniki problemlərlə əlaqədar təcili eniş etməli olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təyyarə havaya qalxdıqdan qısa müddət sonra ön təkərində problemin olduğu üzə çıxıb. Nəticədə təyyarə elə İsfahan hava limanında geri eniş edib.

Hadisə zamanı təyyarədə 157 sərnişin olub. Sərnişinlərdən xəsarət alan olmayıb.

Sərnişinlər digər təyyarə ilə Tehrana yola salınıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.