Dünya

Dünyaca məşhur riyaziyyatçı Məryəm Mirzəxani vəfat edib

15 İyul 2017 19:09
2 Şərh     Baxış: 1 649

Üç il əvvəl riyaziyyat üzrə dünyanın ən nüfuzlu Fields Medal mükafatına layiq görülən ilk qadın Məryəm Mirzəxani (Maryam Mirzakhani) ABŞ-da vəfat edib.
Milli.Az BBC-yə istinadən bildirir ki, onun 40 yaşı olub. Mərhum 2013-cü ildən sinə xərçəngindən əziyyət çəkirdi.
İranda böyüyən xanım Mirzəxani yeniyetmə olarkən Beynəxalq Riyaziyyat Olimpiadasının iki qızıl medalını qazanıb.
O, elmlər doktoru dissertasiyasını ABŞ-ın Harvard Universitetində müdafiə edib və 2008-ci ildən Stanford Universitetində professor işləyib.
Riyaziyyatçı 2014-cü ildə "Riemann səthlərinin həndəsəsi ilə dinamikası və onların məkan modulları nəzəriyyəsinə verdiyi töhfəyə" görə Fields mükafatına layiq görülüb.
ABŞ-da yaşayan alim nüfuzlu mükafata layiq görülmüş ilk qadın və ilk iranlıdır.
Riyaziyyat üzrə Nobel mükafatı verilmir. Buna görə də Fields Medal mükafatı tez-tez "riyaziyyatçıların Nobel mükafatı" adlandırılır.
1936-cı ildə təsis edilmiş mükafat hər dörd ildən bir 40 yaşına çatmamış iki və ya 4 riyaziyyatçıya verilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Elnure · 15 İyul 19:5730

    Allah rehmet elesin .mekani cennet olsun inwaallah cavan adamdi.bu xestelik nece nece can alacax ilahi.Allah dunyasini deyiwenlere rehmet elesin qalanlari bitun xestelikkerden qorusun.Amin.

    Cavab yaz
  • Anonim
    Kserks · 16 İyul 10:2310

    Tanri dergahinda ruhu sad olsun. Az yasadi, amma adi tarixe dusdu. Igid oler, adi qalar, deyibler, atalar. Igidlikler arasinda en boyuk igidlik, veten torpaqlari ugrunda geden vuruslarda (muharibelerde), qehremanliqla olmekdir. Veten torpaqlari ugrunda geden vuruslarda (muharibelerde) olenler, dunyanin en xosbext insanlaridir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.