Dünya

Azərbaycan Avropa və Asiyada ticarət evləri aça bilər

7 İyul 2017 18:38
0 Şərh     Baxış: 889

Azərbaycan gələcəkdə Avropa və Asiyada ticarət evləri aça bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

S.Babayev qeyd edib ki, hazırda Rusiya və Ukraynada Azərbaycan ticarət evlərinin açılması ilə bağlı danışıqlar aparılır: "Bundan başqa, bizə Avropa və Asiya ölkələrindən xeyli sayda müraciətlər edilir. Bu təklifləri dəyərləndiririk. Ticarət evləri şəbəkələrimizi mütəmadi olaraq genişləndirəcəyimiz və Azərbaycan məhsullarını reklam edəcəyimiz istisna deyil".

Azərbaycanın yeni ticarət nümayəndələrinin təyinatına toxunan nazir müavini bildirib ki, onlar Azərbaycanın Rusiya, BƏƏ və Çindəki ilk üç ticarət nümayəndəsinin fəaliyyətinin nəticələri təhlil edildikdən sonra təyin olunacaqlar:

"İlk növbədə, üç ölkədə ticarət nümayəndələrinin təyinatı planlaşdırılırdı ki, bu da həyata keçirildi. Biz onların fəaliyyətini təhlil edirik və əgər bu mexanizmin səmərəliliyi sübut olunsa, gələcəkdə zərurət yaranacağı halda ticarət nümayəndələrinin sayı artırılacaq".

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.