Dünya

Türkiyə Almaniyaya nota verdi

4 İyul 2017 19:37
0 Şərh     Baxış: 2 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Almaniyaya etiraz notası verib.

APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, səbəb iyulun 3-də "Siyasi Gözəllik Mərkəzi" adlı təşkilatın Berlində Almaniya hökumətinin binası qarşısında bir avtomobilin önündə açdığı plakat olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının kralı Salmanın şəkillərinin olduğu plakatda yazılıb ki, "bu avtomobilin sahibi olmaq istəyirsənsə, diktaturanı öldür".  

Bununla əlaqədar Türkiyənin Berlindəki səfirliyi təcili Almaniya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib. Notada qeyd edilib ki, Almaniya Nazirlər Kabinetinin binası qarşısında və təhlükəsizlik qüvvələrinin mühafizəsində bu cür zorakılığı təbliğ edən bir aksiyanın keçirilməsinə icazə verilməsi anlaşılan və qəbul edilən deyil, barışa xidmət etmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.