Dünya

Fransada fövqəladə vəziyyət ləğv olunur - Noyabrın 1-dən

4 İyul 2017 19:07
0 Şərh     Baxış: 1 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada fövqəladə vəziyyətin noyabrın 1-də ləğv edilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu barədə Fransanın baş naziri Eduar Filipp Parlamentin aşağı palatasında çıxışı zamanı deyib.

O deyib: "Respublika prezidenti ən uzağı noyabrın 1-ə qədər ölkədə fövqəladə vəziyyət rejiminin ləğvi ilə bağlı plan hazırlamağı tələb edib".

Daha öncə Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makron da ölkədə fövqəladə vəziyyətin payızda ləğv ediləcəyi barədə bildirmişdi.

Qeyd edək ki, Fransada fövqəladə vəziyyət Nazirlər Kabinetinin qərarı ilə 2015-ci ildən qüvvədədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.