Dünya

Jan-Klod Avropa Parlamentinin prezidentini "boşboğaz" adlandırdı

4 İyul 2017 17:59
0 Şərh     Baxış: 1 562

Avropa Parlamentinin plenar iclasında Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə Avropa Parlamentinin prezidenti  Antonio Tacani arasında mübahisə yaşanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, parlamentin iclasına 700 deputatdan 100-ü qatılmayıb.
 
Yunker deputatların iclasa münasibətini qeyri-ciddi adlandırıb. Tacani  isə Yunkeri deputatlara daha hörmətlə yanaşmağa çağırıb və Avropa Komissiyasının Avropa Parlamentinə deyil, Avropa Parlamentinin Avropa Komissiyasına nəzarət etməli olduğunu bildirib.
 
Öz növbəsində Yunker Tacanini "boşboğaz" adlandıraraq deyib ki, Avropa Parlamentinin bir neçə üzvü komissiyaya nəzarət edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.