Dünya

Oğurluq edən oğlunu döydükdən sonra lüt halda şəhərdə gəzdirdi - VİDEO - FOTO

4 İyul 2017 15:22
6 Şərh     Baxış: 2 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində 12 yaşlı bir uşaq pul oğurladığı üçün atası tərəfindən dəhşətli şəkildə cəzalandırılıb.

Hadisə Çinin şimalındakı Yunnan əyalətindəki Zhaotonq şəhərində baş verib. Bədəninə endirdiyi qamçı izlərindən yaralar əmələ gəlməsinə baxmayaraq atanın ürəyi soyumayıb. O, bundan sonra uşağı motosikletin arxasına bağlayaraq çılpaq şəkildə sürüyüb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, polisin çəkdiyi videoda  bəzi vətəndaşların ataya sərt reaksiya verdikləri və uşağa paltar geyindirməsini tələb etdikləri də görünür. Şəhər sakinləri həmin şəxsin uşağın atası olduğuna inana bilmədiklərini deyiblər.

Ata isə ailənin büdcəsindən 100 yuan oğurlayan uşağına bu formada dərs verdiyini deyib. Hadisə yerinə polis gəldikdən sonra ata öz pencəyini uşağına verib. Daha sonra ata və oğlu ifadələ vermək üçün polis bölməsinə aparılıblar.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Oğurluq edən oğlunu döydükdən sonra lüt halda şəhərdə gəzdirdi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.