Dünya

İran Xəzərdə hərbi təlimə başladı - FOTO

4 İyul 2017 14:18
0 Şərh     Baxış: 1 288
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Hərbi Dəniz Donanması Xəzərdə "Güc və sabit təhlükəsizlik-96" kodu adı altında hərbi təlimə başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Şimal Donanmasının və İran Hərbi Dəniz Qüvvələri 4-cü zonasının komandanı Əhmədrza Baqiri bildirib.

"Birinci mərhələ cari ilin mart ayında keçirilib. Təlimin beşinci və sonuncu mərhələsi 2017-ci ilin avqustunda keçiriləcək və Xəzərdə 88 min kv. metr ərazini əhatə edəcək", - Əhmədrza Baqiri vurğulayıb.

Onun sözlərinə görə, təlim zamanı yeni hərbi qurğu və silahlar, o cümlədən "Sahil-dəniz" tipindən olan raket-kosmik sistemindən istifadə planlaşdırılır.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.