Dünya

Məşhur modeli işgəncə verərək öldürdülər - FOTO

4 İyul 2017 10:23
2 Şərh     Baxış: 2 339
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraqın kişi gözəllik yarışmasının ən iddialı namizədi, Bağdadlı model Karar Nuşi bıçaqlanaraq öldürülüb.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, Karar Nuşi dar geyindiyi üçün və saç stili səbəbi mühafizəkar dairələrin hədəfinə çevrilib. İki gün əvvəl yoxa çıxan Nuşinin cəsədi polis tərəfindən Bağdadın şimalında yerləşən bir küçədə aşkar edilib.

Nuşinin uzun müddət döyülüb, sonra bıçaqlanaraq öldürüldüyü ortaya çıxıb. İraqda keçiriləcək olan kişi gözəllik yarışmasının ən güclü namizədi olaraq göstərilən Nuşinin pərəstişkarları yaraşıqlı modelin qatillərinə qarşı qəzəblərini sosial şəbəkə vasitəsi ilə bildiriblər.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.