Dünya

Almaniyadan gözlənilməz Türkiyə açıqlaması: "Biz yanlış etdik"

1 İyul 2017 13:32
4 Şərh     Baxış: 3 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın xarici işlər naziri Sigmar Gabriel Berlində Xarici Jurnalistlər Dərnəyinin təşkil etdiyi yığıncaqda Türkiyə-Almaniya əlaqələrinə toxunub.

Milli.Az avropa.info-ya istinadən xəbər verir ki, Gabriel türk hökumətindən Almaniyada siyasi tədbirlər üçün aşağı səviyyədə bir tələb gəldiyini ancaq yuxarı səviyyədən heç bir tələbin olmadığını deyib.
Gabriel 15 iyulda FETÖ-nün çevriliş cəhdindən sonra türk hökumətinin Almaniyanın terrorla mübarizədə lazımi addımlar atmadığını söylədiyini deyib.

Almaniyanın isə Türkiyədə ifadə azadlığı və jurnalistlərin həbs olunması ilə bağlı narahatlıqlarının olduğunu vurğulayan Gabriel bu fikir ayrılıqlarının asan düzəldilməyəcəyini deyib.
Bundan başqa Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Hamburqda təşkil ediləcək G20 sammitində iştirakından məmnunluq duyacaqlarını bildirən Gabriel sözlərinə belə davam edib:

"Hazırkı vəziyyətdə var olan çətinliklərlə böyük siyasi tədbirlərin keçirilməsinin uyğun olmadığına inanırıq. Türkiyə hökumətindən aşağı səviyyədə rəsmi bir tələb gəldi. Ancaq yüksək səviyyədə rəsmi tələb gəlməyib. Buna görə də bu mövzuda böyük və yeni problemlərin yaşanmayacağından məmnunuq".

Jurnalistlərdən birinin "Türkiyədə ifadə azadlığını, mətbuat azadlığını və nümayiş azadlığını tənqid edirsiniz. İndi türklərə, Türkiyə prezidenti və digər siyasətçilərin Almaniyadakı bu azadlıqları istifadə edə bilməyəcəklərini necə başa salacaqsınız?" sualına Gabriel belə cavab verib:

"Almaniya konstitusiyasının və konstitusiya məhkəməsinin bu məsələ ilə bağlı qərarı dəqiqdir. Xarici bir ölkədən siyasətçinin bu ölkədə danışıb-danışmayacağı düşüncə və ifadə azadlığı mövzusu ilə əlaqəli olan bir məsələ deyil. Bu məsələ Almaniyanın xarici siyasət maraqları daxilindədir".

Xarici işlər naziri daha sonra sözlərinə belə davam edib:
"Almaniyada 3 milyona yaxın türk yaşayır. Bunlardan bəziləri alman vətəndaşı, bəziləri isə deyil. Bunlar mənim üçün hər zaman ölkəmin xalqıdır. Onlar bizə aiddir. Bu ölkənin, bu insanlara fövqəladə bir şəkildə minnətdar olması lazımdır. Bilirsinizmi, onlar və başqa ölkələrdən gələn insanlar olmadan Almaniyanı inşa edə bilməzdik, rifaha qovuşdura bilməzdik. Türkiyədə daxili siyasətdəki müzakirələrin, Almaniyadakı cəmiyyətə inteqrasiya etməməsini istəyirik. Almaniya və Türkiyə arasında var olan bir sıra ixtilafı aradan qaldırmaq üçün yollar tapmalıyıq. O zaman başqa bir vəziyyət olar. Bu problemləri aradan qaldırmaq siyasətin vəzifəsidir."

Seçki kampaniyalarının aparıldığı dövrdə, başqa zamanlarda deyilməyən bəzi şeylərin deyildiyini vurğulayan Gabriel ölkəsinin "Faşizm Almaniyası" olaraq xarakterizə edilməsinin dərin yaralar açdığını müdafiə edib.

15 iyul FETÖ-nün çevriliş cəhdinə də toxunan Gabriel "Almanlar olaraq biz, çevrilişi rədd etdiyimizi və Türkiyə hökuməti və xalqı ilə həmrəylik içində olduğumuzu daha çox deyə bilərdik. Bunu açıq deyirəm. Biz (çevriliş cəhdindən sonra) dərhal oraya gedə bilərdik. Məncə burada bir səhvə yol verdiyimizə inanıram."

Bundan başqa 16 aprel referendumundan əvvəl Hamburqda baş verənlərlə bağlı danışan Gabriel "Türkiyə hökuməti seçki kampaniyası təşkil ediləcəyi ilə bağlı müraciət etmişdi. Yerli idarədən bir məmur getdi və kifayət qədər yanğınsöndürücünün olub olmadığına baxdı. Müvafiq yanğından müdafiə sisteminin olmadığı müəyyən edildi və həmin yer bağlandı."

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.