Dünya

Əlil sərnişini təyyarəyə sürünərək qalxmağa məcbur etdilər - RƏZALƏT

28 İyun 2017 11:50
6 Şərh     Baxış: 1 382
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın Vanila Air aviaşirkəti əlil sərnişini təyyarəyə sürünərək qalxmağa məcbur edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, əlil arabasında hərəkət edən kişi Yaponiyanın cənubundakı Amami şəhərinə gedirmiş. Hava limanında qeydiyyat zamanı bəlli olub ki, şirkət, hərəkət imkanları məhdud olan insanlara ayrıca xidmət göstərmir. Ona elə beləcə də deyiblər: "Yeriyə bilməyən adam təyyarəyə minə bilməyəcək".
 
Əlil sərnişin, onu hava limanına gətirən dostunun köməyilə təyyarənin salonuna qalxa bilib.
 
Amamidən geriyə qayıdarkən isə ona bildiriblər ki, təyyarəyə kənar şəxsin köməyilə qalxa bilməz, bunu o, özü etməlidir. Ayaqları iflic olmuş kişi bütün gücünü toplayaraq trapın 17 pilləsini sürünərək qalxıb...
 
Qeyd edək ki, xəbər KİV-də yayılandan dərhal sonra aviaşirkət həmin şəxsdən üzr istəyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.