Dünya

Gürcüstanın baş naziri iftar süfrəsi təşkil edib - FOTO

24 İyun 2017 08:38
0 Şərh     Baxış: 2 223
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili bu ölkədə yaşayan müsəlmanlar üçün iftar süfrəsi təşkil edib.

Milli.Az "Report"a istinadən bildirir ki, mərasimdə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze müsəlmanları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, ölkəsində dini icmalara yaradılan şəraitdən danışıb.
O, bildirib ki, Gürcüstan hökuməti dini icmaların normal fəaliyyət göstərmələri üçün dövlət büdcəsindən vəsait ayırıb və bu yardım dini qurumların maddi-texniki bazasının gücləndirilməsinə sərf olunur.
Baş nazir Georgi Kvirikaşvili Türkiyədə törədilən qanlı terror hadisəsi ilə əlaqədar Gürcüstan xalqı və hökuməti adından türk xalqına başsağlığı verib. Bu terror hadisənin bütünlükdə insanlığa qarşı qatı cinayət adlandırıb. Gürcüstanın terroru lənətlədiyini, belə bir ağır gündə Türkiyənin yanında olduqlarını bildirib.
Gürcüstan hökumətinin başçısı müqəddəs Ramazan bayramının əhəmiyyətindən danışıb, İslam dininin sülh, əmin-amanlıq və bərabərlik dini olduğunu qeyd edib.
Qərbi Gürcüstan müsəlmanlarının müftisi Bekler Kamaşidze göstərilən diqqət və qayğıya, iftar süfrəsinin təşkilinə görə minnətdarlıq edib. Gürcüstandakı müsəlmanların dövlətin siyasi xəttinin dəstəklədiklərini və digər dini təriqətlər ilə dostluq şəraitində yaşamaqda maraqlı olduqlarını dilə gətirib.
Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbərləri, Azərbaycanın, Türkiyənin, Türkmənistanın bu ölkədəki səfirləri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.