Dünya

İngiltərə "qəhrəman molla"dan danışır - VİDEO

20 İyun 2017 14:54
1 Şərh     Baxış: 4 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Londondakı məsciddən çıxan müsəlmanlara maşınla təşkil edilən hücumdan sonra cinayətkarı linç edilməkdən məscidin mollasının qoruduğu ortaya çıxıb.

Şahidlərin dediyinə görə, məscidin imamı Məhəmməd Mahmud sürücünü mühasirəyə alan kütləni sakitləşdirib və təcavüzkarın linç edilməsinə mane olub.

Milli.Az xəbər verir ki, İngiltərə mətbuatı tərəfindən "qəhrəman imam" olaraq təqdim edilən Məhəmməd Mahmud isə verdiyi açıqlamada tək başına hərəkət etmədiyini deyib və "Başqa sakit olan və insanları sakitləşdirməyə çalışan qardaşlarım da var idi. Bir qəzəb dalğasının olmağına mane olmağa çalışdıq" ifadələrini işlədib.

Cinayətkarın "məni öldürün" şəklindəki sözlərindən qorxduğunu söyləyən Məhəmməd Mahmud "Bəlkə də bu sözlərlə cəmiyyəti, bu gözəl şəhəri bölmək və müsəlman cəmiyyətini "şeytani" göstərmək istəyirdilər" deyib.

Xatırladaq ki, Londonun şimalındakı Finsbury Park Məscidi yaxınlığında baş verən hücum nəticəsində bir nəfər ölüb, 10 adam isə yaralanmışdı.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İngiltərə

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.