Dünya

Tanınmış modelyer vəfat etdi

20 İyun 2017 10:30
0 Şərh     Baxış: 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Romada ömrünün 81-ci ilində məşhur italyan modelyer Karla Fendi vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu yaxınlarda K.Fendi ağciyərindən ciddi xəstəlik keçirib. Amma bir neçə gün əvvəl o, xəstəxanadan evə buraxılıb və Romadakı qərargahına - məşhur Palatso Ruspoliyə qayıdıb.

Karla Fendi uzun illər ərzində 1925-ci ildə valideynləri tərəfindən təsis edilən dünya şöhrətli "Fendi" qrupunu idarə edib.

"Fendi" - geyim, dəri və xəz dəri malları, aksesuarlar və ətriyyat istehsalı üzrə ixtisaslaşan İtaliya moda evidir. Hazırda "Fendi"nin 25 ölkədə 160-dan çox mağazası fəaliyyət göstərir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.