Dünya

Ata İnstaqram-da açıq-saçıq fotolarını paylaşan qızını öldürdü - YENİLƏNİB - VİDEO - FOTO

20 İyun 2017 13:50
12 Şərh     Baxış: 12 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:50

Kocaelinin İzmit mahalında dünən iftar sonrası baş verən cinayətin səbəbi bilinib.

Məlum olub ki, cinayətə səbəb atanın qızının geyimini və İnstaqram-dakı fotolarını bəyənmədiyi səbəb olub.

Bu haqda 17 yaşlı qızı Rana Günlünü başından tapança ilə atəş açaraq öldürən və özü də intihar edən Erdal Günlünün qardaşı Olcay Günlü məlumat verib. O, 8 ay əvvəl həbsxanadan çıxan qardaşının qızıyla geyim və sosial şəbəkədəki fotolarına görə tez-tez mübahisə etdiyini və hadisənin buna görə ola biləcəyini bildirib.

---------

11:01

Türkiyənin Kocaeli vilayətinin İzmit mahalında qızını tapança ilə öldürən ata başına atəş açaraq intihar edib.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, 41 yaşlı Erdal Güllü qızı, 17 yaşlı Rana Güllünü tapança ilə öldürdükdən sonra, həmin silahla başından atəş açaraq intihar edib. Ağır yaralanan Erdal Güllü çatdırıldığı xəstəxanada həyatını itirib. Polis hadisə yerində araşdırmalara başlayıb.

Silah səsləri eşidən sakinlər polis və sağlamlıq qruplarına xəbər veriblər.
Qapını döyməklərinə baxmayaraq evdən cavab gəlməyincə qapını qıraraq içəri girən qruplar Rana Güllü (17) ilə atası Erdal Güllünü (41) silahla vurulmuş halda yerdə uzanıqlı vəziyyətdə tapıblar.

Erdal Güllünün bir müddət əvvəl həyat yoldaşından ayrıldığı və qızı Rana ilə yaşadığı məlum olub.

Hadisə ilə əlaqədar istintaq başladan polislər Erdal Güllünün deprseiyaya düşərək silahla qızını öldürdükdən sonra intihar etdiyi ehtimalı üzərində dayanır.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ata 17 yaşlı qızını öldürüb intihar etdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.