Dünya

Tələbə qıza qarşı əxlaqsızlıq - "Sənin arxana baxanda adamın..." - FOTO

19 İyun 2017 12:25
5 Şərh     Baxış: 6 566

FETÖ istintaqları daxilində İstanbulda nəzarətə götürülən şirkətlərdən birinin rəhbərliyinə təyin olunmuş H.B təcavüz cinayət əməlinə görə cəzalanıb. İş müraciəti üçün gələn B.A adlı tələbə qızın şikayəti sonrası başladılan istintaq nəticəsində B.A-ya cinsi məzmunlu sözlər dediyi ortaya çıxan H.B-ya 3 aylıq həbs cəzası verilib. Təcavüzə uğrayan B.A-nın məhkəməyə təqdim etdiyi səs qeydlərinə təqsirkar və vəkilləri etiraz edib, ancaq qeydlər dəlil olaraq qəbul edilib.

Tələbə B.A hadisəni ifadəsində belə izah edib:

"M.G-nin sahib olduğu qablaşdırma firmasında təxminən bir aydır çalışırdım. H.B görüşməyimizin lazım olduğunu söylədi. Dediyi ünvana gedərək H.B ilə görüşdüm. İş yerində xarici görünüşün əhəmiyyətli olduğunu, açıq geyinmək lazım olduğunu izah etdi. Açıq bir şəkildə mənim də açıq geyinməyimi istədiyini bildirdi. 17.11.2016 günü təkrar getdim. Bu dəfə də M.G-nin yanında işləməyimə vasitəçi olan Ferit adlı adam haqqında danışmağa başladı".

"O, (Ferit) işə düzəltdiyi bütün şəxsləri yatağa salır, yatağa girmədən işə götürməz, o, sənə baxa bilməz, onun aldığı pul beş min TL, sənə baxcaq adamın 10 min verməyi lazımdır. Mən sənə maaş olaraq aldığın 1300 TL-ni bir dəqiqəlik masaja görə verə bilərəm" deyərək təcavüz etdi. Vidalaşmaq bəhanəsiylə öpməyə çalışdı. Narahat olduğumu görüncə isə "bir daha yaxınlaşmaram" deyərək sürücüsü ilə məni yola saldı. İlk getdiyimdə cinsi məzmunlu söhbətlər etdiyi üçün, ikinci dəfə gedəndə aramızdakı görüşü telefonuma qeyd etdim. Onun bu hərəkətini M.G -ya dedim, normal qarşılamağımı istədi. Hər ikisindən də şikayətçiyəm".

B.A səs qeydlərini prokurorluğa təqdim edib. Edilən qeydlərdə bu ifadələrin yer aldığı ortaya çıxıb:

"Sənin arxana baxdığında adamın içi əriyir, sənə çatalın qarşılığında pul ver demirəm. Sən özünü yaxşı satarsan. Sən içəri girəndə hər kəs ayağa qalxar".

"Sənə ev alaram, cinsi əlaqə ikinci planda"

"Sənə hazırda deyirəm ki, mən sənə bir ev alaram, cibinə 5 min lirə, 10 min lirə pul qoyaram, özüm də hər gün də gələrəm. Hələlik bu qədər B ... Mən bu B.-nı istəmirəm. Əsas sən razılıq ver. Mən sənə baxaram, hər axşam baş çəkərəm. Mənim seçiciliyim var, hər qadınla birlikdə ola bilmirəm. Mənim bir az kriteriyalarım fərqli, sənə sahiblənməyim üçün sənin mənə çox ehtiyacın olmalıdır. İkincisi, mən çox romantik bir insanam, cinsi həyatdan çox romantika mənim üçün çox əhəmiyyətlidir. Üçüncüsü, mənimlə birlikdə olduğun zaman çox düşünməməlisən, səni hamilə etmərəm, heç bir şəkildə hamilə qalmazsan, mən özümü qoruyuram".

"Tamamilə iş görüşməsi"

H.B isə müdafiə çıxışı zamanı "Bir dostumun istiqamətləndirməsi ilə özüylə iş görüşməsi etdim. Şifahi və ya fiziki təcavüz etmədim. Şikayəti qəbul etmirəm. Tamamilə işlə bağlı danışıq apardıq. Həyatı və gələcəyi ilə əlaqədar proyektlərdən danışdıq. Təcavüz məqsədli bir danışıqdan söhbət gedə bilməz" deyib. 

Məhkmə H.B-ni 3 ay həbs cəzasına məhkum edib.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

5 Şərh:

  • Anonim
    A · 19 İyun 12:3052

    yanig sobetler yene Turkiyeden

    Cavab yaz
  • Anonim
    . · 19 İyun 12:3711

    Qizin ozu ferri qiza oxsamir

    Cavab yaz
  • Anonim
    $.$.$. · 19 İyun 13:1331

    duzgun biri hər caqrılan yerə getməz

    Cavab yaz
  • Anonim
    Efqan · 19 İyun 13:5511

    Maa ele gelirki qiz evvel öz xoşuyla yaxinliq edib , sonra peşman olub polise gedib .

    Cavab yaz
  • Anonim
    Süleyman · 19 İyun 20:0300

    Ay Məhəmməd ! Sizin diliniz niyə bu qədər ağırdır? Hiss olunur ki sizə orta məktəbdə ana dilindən dərs deyən müəllim çox savadsız olub.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.