Dünya

Yəməndə aviazərbə nəticəsində 24 dinc sakin öldü

18 İyun 2017 14:05
0 Şərh     Baxış: 522

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının Yəmənin Saada əyalətinə endirdiyi aviazərbə nəticəsində 24 dinc sakin ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  bu barədə "Saba" agentliyi məlumat yayıb.

Faciə şənbə gecəsi baş verib. Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Şada rayonunda El-Maşnak bazarı bombalanıb. Nəticədə 24 nəfər ölüb, 1 nəfər yaralanıb.
 
Qeyd edək ki, 2014-cü ilin avqustunda Yəməndə hökumət qüvvələri ilə qiyamçı husilər arasında qarşıdurma başlayıb. 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılığı ilə ərəb koalisiyası husilərə hava zərbəsi endirməyə başlayıb. İndiyə qədər 10 min din sakin, o cümlədən 2,4 min uşaq və 2 min qadın həyatını itirib. 

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.