Dünya

Türkiyə Hərbi Qüvvələri 16 terrorçunu zərərsizləşdirdi

18 İyun 2017 11:03
0 Şərh     Baxış: 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Hərbi Qüvvələri son sutka ərazində ölkə ərazisində və onun xaricində keçirdiyi antiterror əməliyyatı çərçivəsində 16 terrorçunu zərərsizləşdirib.

Milli.Az report.az-a istinadən bildirir ki,  bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, məhv edilmiş terrorçular arasında Türkiyənin hakimiyyət orqanlarının axtardığı cinayətkarlar da var. Türkiyə Hərbi Hava Qüvvələrinin terrorçuların İraqın Zap bölgəsindəki mövqelərinə endirdiyi zərbələr nəticəsində PKK-nın 6 silahlısı məhv edilib. Daha 5 terrorçu Nirva Şeyt dağları ərazisində öldürülüb.

Bununla yanaşı, Ərzurumda 3, Hakkari və Diyarbəkir vilayətlərində 1 terrorçu məhv edilib. Siirtdə PKK-nın 2 terrorçusu silahı yerə qoyaraq təslim olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.