Dünya

İŞİD-in sözçüsü öldürüldü

17 İyun 2017 15:22
0 Şərh     Baxış: 519

İŞİD-in Əfqanıstan üzrə mətbuat katibi Cavad Xan öldürülüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstandakı ABŞ komandanlığı məlumat yayıb.

Mətbuat katibi iyunun 3-də Xorasan şəhərində Açin mahalı yaxınlığında hava hücumu nəticəsində öldürülüb. Hücumda vətəndaşların zərər görmədiyi açıqlanıb.

Qeyd edək ki, təxminən bir ay yarım əvvəl Nanqahar vilayətində təşkil edilən hücumda İŞİD-in Əfqanıstan lideri Abdul Hasib öldürülmüşdü.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.