Dünya

Amerikalılar elementar şeyləri bilmirlər

17 İyun 2017 08:43
3 Şərh     Baxış: 1 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ əhalisinin 7%-nin şokoladlı südün qəhvəyi rənginin inəklərdən gəldiyini düşündüyü ortaya çıxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ABŞ Süd Məhsullarının Təkmilləşdirilməsi Mərkəzi tərəfindən aprel ayında 18 yaşdan yuxarı 1000-dən artıq adam arasında aparılan bir sorğunun nəticələri hər kəsi şoka salıb.

Araşdırmaya qatılanların 7%-i şokoladlı südün qəhvə rənginin inəklərdən gəldiyini deyib.

İnternet vasitəsilə aparılan bu araşdırmada bütün ölkəni təmsil edən şəxslərin iştirak etdiyini nəzərə alsaq, 16 milyon 400 min amerikalının şokoladlı südün süd, şokolad və şəkərdən istifadə edilməklə hazırlandığını bilmədiyini deyə bilərik.

Digər tərəfdən, sorğu iştirakçılarının 48%-i də şokoladlı südün haradan əldə edildiyini deməkdə çətinlik çəkiblər. Sorğuya qatılanların 29%-i şokoladlı süd almaq üçün uşaqlarının adından bəhanə kimi istifadə etdiklərini söyləyiblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.