Dünya

Putinə korrupsiya ilə bağlı sual verən məktəbliyə telefon hədiyyə olundu

16 İyun 2017 17:15
0 Şərh     Baxış: 2 722
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Caviar" şirkəti Rusiya prezidenti Vladimir Putinin keçirdiyi ənənəvi mətbuat konfransında prezidentə ünvanlanan ən yaxşı sualın müəllifini müəyyən edib. Bu prezidentə korrupsiya ilə bağlı sual verən Nefteyuqansk şəhərindən olan məktəbli Danila Prilepadır.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, şirkətin rəsmi saytında məktəbliyə buna görə hədiyyə olaraq qızıl telefon mükafatı verildiyi bildirilir.

"Danila dəqiq və konkret cavab tələb edən ciddi və cəsarətli sual vermişdi. Bundan başqa, biz onun hazırcavablığını yüksək qiymətləndirdik. O, prezidentə "bu sualı verməyə məni həyat hazırlayıb" cavabını vermişdi", - deyə şirkət nümayəndəsi qeyd edib.

O, həmçinin əlavə edib ki, Danila cəmiyyətin həyatına laqeyd olmamaması, cəsarəti, təhsili ilə gənc nəslə ən yaxşı nümunədir.

Xatırladaq ki, Danila iyunun 15-də Vladimir Putinin keçirdiyi mətbuat konfransında iştirak edərək "ölkədə niyə korrupsiya ilə effektiv mübarizə aparılmır?"sualını vermişdi. Məktəbli həmçinin ev dustaqlığının yaxşı nəticə vermədiyini qeyd edib. O, həmçinin səhlənkar münasibətlərin nəticəsi olaraq ailəsi Daxili İşlər Nazirliyinin əməkdaşlarına verilən mənzil növbəsinin çox ləng irəlilədiyindən narazılıq edib.

Putin söz verib ki, DİN əməkdaşlarına mənzil məsələnin həllinə kömək edəcək. Korrupsiyaya gəlincə isə, dövlət başçısı bu problemin olduğunu etiraf edib və bildirib ki, heç bir qanun pozuntusu dövlətin diqqətindən kənarda və cəzasız qalmamalıdır.

"Caviar" şirkəti ən maraqlı suala görə məktəbliyə üzərində Putinin şəkli olan telefon hədiyyə edib.

Xatırladaq ki, bu Rusiya prezidentinin indiyə qədər keçirdiyi 15-ci belə görüşdür. Ötən il keçirilən sual-cavab 3 saat 40 dəqiqə davam etmişdi. Putin müxtəlif mövzulara həsr olunmuş 80 sual cavablandırmışdı.

Ötən gün keçirilən sual-cavabla əlaqədar 2 milyon zəng qəbul edilib. Sualların əksəriyyəti Rusiyanın gələcəyi ilə bağlıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.