Dünya

"Survivor" iştirakçısı kəpənəyin "qurbanı oldu" - "O öldü" - VİDEO

16 İyun 2017 15:57
0 Şərh     Baxış: 8 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən axşam "Survivor" yarışını tərk edən növbəti iştirakçının adına aydınlıq gəlib. O, "Könüllülər" komandasında Ogedayla finalın bir addımlığına qədər gəlib çıxan xanım iştirakçı Berna Kekliklər olub. Səsvermənin nəticəsinə görə, ikinci toxunulmazlıq oyunundan dərhal sonra tamaşaçılar tərəfindən ən az səs toplayan Berna nəticələr məlum olduqdan sonra gözyaşı içində yarışı tərk etmə səbəbini bölüşüb.

Adaya ilk gəldikləri gündən hər toxunulmazlıq oyunundan öncə ona tərəf kəpənək uçduğu zaman "Məşhurlar"a qalib gəldiklərini bildirən Berna "Bu gün səhər Ogeday bilmədən bir kəpənəyin üstündə oturdu, o öldü. Demək, bu yarışı tərk edəcəyim ilə bağlı bir işarə idi" sözlərini fikirlərinə əlavə edib.

Digər yarış iştirakçıları və Acun Bernanın bu müqayisəsi qarşısında təəccüblərini gizlədə bilməyiblər.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.