Dünya

Ölümü öncəsi anasına dedikləri hər kəsi duyğulandırdı - VİDEO

16 İyun 2017 12:43
1 Şərh     Baxış: 2 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Londonda iki gün öncə yanan 24 mərtəbəli binada öləcəyini anlayan 27 yaşlı italiyalı Qloria Trevisanın anasına zəng edərək: "Salamat qal, ana, mənə bəxş etdiyin hər şey üçün təşəkkür edirəm" dediyi ortaya çıxıb.

23-cü mərtəbədə qalırdı

Bu ilin mart ayında Londona köçən Qloria ilə 27 yaşlı sevgilisi Marko Qottardi yanan "Grenfell Qülləsi" adlı binanın 23-cü mərtəbəsində qalırdı.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Qloria Trevisanın ailəsinin vəkili bu gün mətbuata bir açıqlama verərək: "Təəssüf ki, Qloria və Markonun hələ də həyatda olduqlarına ümid etmək üçün bir səbəbimiz yoxdur. Xilasedicilər ancaq 20-ci mərtəbəyə qədər qalxa biliblər, onlar isə 23-cü mərtəbədə yaşayırdılar", - deyib.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yanan bina sakini öləcəyini anlayınca anasına zəng edib dedikləri dəhşətə gətirdi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.