Dünya

Yanmış cəsədin şəklini Fesbuk-da paylaşan şəxs saxlanıldı - FOTO

16 İyun 2017 11:56
0 Şərh     Baxış: 2 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Grenfell Tower"dəki yanğın zamanı ölən şəxsin cəsədinin üstü örtülməmiş halda şəklini sosial şəbəkədə yayan Feysbuk istifadəçisi saxlanılıb.

Milli.Az "Mirror"a istinadla bildirir ki, 43 yaşlı Omeqa adlı şəxs bu gün "Westminster Magistrates" məhkəməsinə çıxarılıb.

O, Kommunikasiya aktının 127-ci maddəsi ilə, "sosial şəbəkədən düzgün istifadə etməmə" ilə cəzalandırılıb.

Omeqa iki gün əvvəl yanmış cəsədin şəklini paylaşaraq qeyd olaraq yazıb.

"Mənim mənzilimin çölündə uzanan bu cəsədin 2 saatdan çox burada olduğunu bilən var?"

Şəkili görənlər polisə xəbər veriblər. Omeqa hadisə yerinin yaxınlığında tutulub. 

Böyük ehtimalla, bugünkü məhkəmədə onun həbs olunması ilə bağlı qərar çıxarılacaq.

Qeyd edək ki, "Grenfell Tower"dəki yanğın nəticəsində 17 nəfər ölüb, yaralanan və itkin düşənlər var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.