Dünya

Baş nazirin həyat yoldaşını güllələdilər

15 İyun 2017 14:02
0 Şərh     Baxış: 1 270
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lesotonun baş naziri Tom Tabanenin andiçmə mərasimindən bir neçə saat sonra onun həyat yoldaşı güllələnib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, polisin məlumatına görə, 58 yaşlı Lipolelo Tabane ölkənin paytaxtı Maseru şəhərinin yaxınlığında olub. O, rəfiqəsi ilə evə gedərkən, naməlum şəxs qadınların ikisinə də atəş açıb. Lipolelo hadisə yerində həlak olub, rəfiqəsi xəstəxanaya çatdırılıb.

Atəş açan şəxsin hərəkətinin motivi hələlik bəlli deyil.

Bildirilir ki, 2012-ci ildə boşanma ərizəsi verildikdən sonra Tom Tabane həyat yoldaşından ayrı yaşayırmış.

2014-cü ildə baş vermiş dövlət çevrilişi cəhdindən sonra Lesotoda siyasi sabitlik pozulub. Bu ilin mart ayında keçmiş baş nazir Pakalite Mosililiyə parlament etimadsızlıq göstərib və bu səbəbdən, ötən həftə ölkədə son 5 il ərzində üçüncü seçkilər keçirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.