Dünya

Türkiyədə ilin transferi: "Real"ın 60 milyonluq ulduzu...

15 İyun 2017 13:54
5 Şərh     Baxış: 5 960

"Beşiktaş" "Real"ın ulduzu Kərim Benzemanı heyətinə qatır.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bir neçə gün əvvəl Fatih bələdiyyəsinin dəvəti ilə Türkiyədə iftara qatılan fransalı futbolçu "Beşiktaş"ın prezidenti Fikret Ormanla görüşüb. İddiaya görə, gecə saatlarında klubun bazasında baş tutan görüşdə bəzi müzakirələr aparılıb.

Bildirilir ki, "Beşiktaş" Benzemanı iki illik icarəyə götürmək istəyir. Hər hansı problem çıxmasa, futbolçu yaxın günlərdə İstanbula gələrək müqavilə imzalayacaq.

Qeyd edək ki, "Real" Benzemanı 2009-cü ildə "Lion"dan 35 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 35 milyon avro qiymət qoyub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Fizuli Şirvanlı · 15 İyun 18:1623

    Türklərin başına görə deyil Benzemani almaq, Real lazim olan futbolcunu heç vaxt satmazlar, hec Benzemada ora getməz.

    Cavab yaz
  • Anonim
    ronaldo · 15 İyun 21:5101

    hec vaxt Zidan o qeder gic deyil ki,durub Benzemani versin

    Cavab yaz
  • Anonim
    ronaldo · 15 İyun 21:5111

    hec vaxt Zidan o qeder gic deyil ki,durub Benzemani versin

    Cavab yaz
  • Anonim
    daqli · 16 İyun 13:3711

    Besiktas bu transferi ancaq yuxuda gorer

    Cavab yaz
  • Anonim
    Kartal · 17 İyun 01:3801

    Məncə bu boş iddiadır sadəcə.Yazığ iftara gəlib yəginki türkiyəyə...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.