Dünya

Putindən ABŞ-a ağır sözlər: "Döşəməni süpürmək üçün gəliblər?" - VİDEO

15 İyun 2017 13:42
0 Şərh     Baxış: 1 801

Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə Ukraynada baş verən dövlət çevrilişini şərh edərkən jurnalistə ABŞ-la bağlı gözlənilməz sual verib.

Milli.Az azvision.az-a istinadən bildirir ki, Putin amerikalı kinorejissor Oliver Stouna müsahibəsində belə bir hadisənin Ağ Evdə baş verərkən onu necə adlandırılması ilə maraqlanıb. 

ABŞ KİV-lərində Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin Kiyevdən qaçması barədə məlumatları şərh edən Putin bəyan edib ki, bu versiya sadəcə dövlət çevrilişinə bəraət qazandırmaq üçün səsləndirilib. 

"O, ölkədaxili tədbir üçün ikinci böyük şəhərə gedən kimi silahlı şəxslər onun iqamətgahını ələ keçirdi. Əgər ABŞ-da Ağ Evi tutsaydılar, onda bu necə adlanardı? Dövlət çevrilişi, yoxsa nə? Yoxsa siz düşünürsünüz ki, onlar ora döşəməni süpürmək üçün gəliblər?".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Putindən ABŞ-a ağır sözlər:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.