Dünya

10 yaşlı qızcığazı öldürüb sandıqda gizlədən qonşu qorxunc gerçəyi etiraf etdi - FOTO

15 İyun 2017 11:39
6 Şərh     Baxış: 15 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin İzmir şəhərinin Ödemiş qəsəbəsində parkdan üç gün öncə yoxa çıxan 10 yaşlı Ceylin Atikin qonşularının evində ölü tapıldığı haqda məlumat vermişdik.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, qonşusunun evində sandığın içində cəsədi tapılan 10 yaşlı Ceylin Atikin ölümü ilə əlaqədar nəzarətə götürülən 3 qonşu həbs olunub. Ş.T. adlı qadın ilə əri S.T. və qadının bibisi olan R.Ö. dünən gecə saatlarında prokurorluğa aparılıblar. Prokurorluqda ifadələri alındıqdan sonra məhkəməyə çıxarılan 3 şübhəli barədə həbs qətimkan tədbiri seçilib.

Şübhəli qadın Ş.T. ifadəsində Ceylini öldürdüyünü etiraf edib. O, azyaşlı qızı babasından pul tələb etmək üçün oğurladığını da sözlərinə əlavə edib.

Xatırladaq ki, Ş.T.-nin ilk ifadəsində: "Ceylin binadan yıxılıb öldü, mən də qorxdum, sandıqda gizlətdim", - demişdi.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.