Dünya

Tramp güllələnən konqresmenə baş çəkdi

15 İyun 2017 09:15
0 Şərh     Baxış: 581

ABŞ prezidenti Donald Tramp ötən gün silahlı hücuma məruz qalaraq ağır yaralanan konqresmen Stiv Skalizə baş çəkib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, D.Tramp xəstəxanada müalicə olunan Konqres üzvünün vəziyyəti ilə maraqlanıb.
 
Ötən gün Virciniya ştatının Aleksandriya şəhərində S. Skaliz öz köməkçiləri ilə beysbol oynayarkən avtomat silahdan atəşə tutulub. Nəticədə Nümayəndələr Palatasında Respublikaçılar fraksiyasının əlaqələndiricisi və daha bir neçə nəfər yaralanıb. Cinayəti törədən 66 yaşlı İllinoys ştat sakini polislə atışmada yaralanıb, sonra isə xəstəxanada keçinib. Hazırda S.Skalizin vəziyyəti ağır kimi qiymətləndirilir. Digər yaralıların həyatına təhlükə olmadığı bildirilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.