Dünya

Qətər ABŞ-dan 12 milyard dollarlıq F-15 qırıcısı alır

15 İyun 2017 09:09
2 Şərh     Baxış: 1 112

Qətər ABŞ-dan 12 milyard dollarlıq "McDonnel Douglas F-15 Eagle" qırıcısı alacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Pentaqonun rəhbəri Ceyms Mettis və Qətər nümayəndələri çərşənbə günü bu müqaviləni imzalamaq üçün görüşməli idilər. "Bloomberg" agentliyi öz növbəsində əlavə edir ki, müqaviləyə 36 təyyarə daxildir.

Qeyd edək ki, ötən ilin noyabr ayının 18-də məlum oldu ki, ABŞ Qətərə 21,1 milyard dollar dəyərində 72 ədəd F-15QA qırıcısı və müxtəlif avadanlıq və silah satacaq.

"McDonnel Douglas F-15 Eagle" - 1970-ci ildə "McDonnell Douglas" şirkəti tərəfindən hazırlanmış dördüncü nəsil Amerikanın taktiki qırıcı təyyarəsidir. Bu təyyarədən cəmi təxminən 1200 ədəd müxtəlif modifikasiyalı istehsal edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

2 Şərh:

  • Anonim
    A-S · 15 İyun 13:0620

    Arada qazanan ABS OLUR))))

    Cavab yaz
    • Anonim
      heval · 16 İyun 09:3500

      qətərin başındakı bəla elə bu idi da almırdı vaxtı keçmiş zir zibili ona görə boykot edirdilər! vsyo uje sındırdılar Qətəridə hər şey qaydasındadı indi barışacaqlar!

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.