Dünya

ABŞ-da yaralanan konqresmeninin vəziyyəti ağırlaşıb

14 İyun 2017 23:27
0 Şərh     Baxış: 950

ABŞ-ın Virciniya ştatında odlu silahdan açılan atəş nəticəsində yaralanan Konqres üzvü Stiv Skalizin vəziyyəti ağırlaşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, S.Skaliz əməliyyat olunsa da, sonradan səhhəti kəskin pisləşib. Bundan əvvəl konqresmenin ombasından yaralandığı, vəziyyətinin isə stabil olduğu bildirilirdi.

Hadisə bu gün Virciniya ştatının Aleksandriya şəhərində baş verib. Stiv Skaliz öz köməkçiləri ilə beysbol oynayarkən avtomat silahdan atəşə tutulub. Nəticədə konqresmen və bir neçə nəfər yaralanıb. Cinayəti törədən 66 yaşlı İllinoys ştat sakini polislə atışmada yaralanıb, sonra isə xəstəxanada keçinib.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.