Dünya

İran parlamentinin üzvü: "Sərhədlərimizdə təhlükəsizlik tədbirləri gücləndiriləcək"

13 İyun 2017 15:25
0 Şərh     Baxış: 1 202
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İŞİD terror qruplaşmasının üzvlərinin çoxu ötən günlər ərzində həbs olunub.

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında İran parlamentinin üzvü Şahbaz Həsənpur deyib. O bildirib ki, təhlükəsizlik tədbirləri nəticəsində terrorçuların çoxu yaxalanıb: "Parlamentdə baş vermiş son terror olayı ilə bağlı təhlükəsizlik naziri, SEPAH-ın komandir müavini və daxili işlər naziri ilə ətraflı müzakirələrimiz olub. Düşünürük ki, sərhədlərimizdə təhlükəsizlik tədbirləri gücləndirilməldir".
 
Ş. Həsənpur qeyd edib ki, terrorçular hadisəni törətdikləri gün parlamentə əhalinin daxil olduğu qapıdan giriblər: "Biz əhalinin parlamentə gəlməsi və problemlərini millət vəkillərinə çatdırması üçün qapıları açıq qoymuşuq. Terrorçular bundan sui-istifadə etdilər".

Deputatın sözlərinə görə, ötən 4 il ərzində  İŞİD həmişə İranda terror həyata keçirmək istəyib: "Lakin İran təhlükələr qarşısında imtahandan çıxıb və uğur qazanıb. İŞİD məsələsində bizim narahatlığımız bəzilərinin aldanaraq onların toruna düşməsi ilə bağlıdır. Lazımi tədbirlər görülür. Biz xalqımız üçün üç amilin baş tutmasını istəyirik: təhlükəsizlik, sağlamlıq və rifah. Təhlükəsizlik problemi yaranarsa, xalqın rifahı da problemə çevrilər. İran geniş su və quru sərhədlərinə malik olan, 80 milyon əhaliyə malik bir ölkədir. Bu kimi hadisələrin olması gözləniləndir və bunlara qarşı daha diqqətli olunmasının zəruriliyi qəbul edirik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.