Dünya

İspan fanatın oğurlanan 40 illik barabanı tapıldı

10 İyun 2017 18:48
0 Şərh     Baxış: 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya Silahlı Qüvvələri azarkeşin barabanını tapıb.

Milli.Az supersport.az-a istinadən xəbər verir ki, İspaniya yığmasının 40 ildən artıq fanatı olan Manolonun Mursiya şəhərinin "Nueva Condomina" stadionunda keçirilən İspaniya - Kolombiya oyununda davulu oğurlanmışdı. Bundan dərhal sonra axtarışa başlayan polis və əsgərlər 68 yaşlı azarkeşi sevindirib.

İspaniya Silahlı Qüvvələri , bu barədə "Twitter" hesabından açıqlama yayıb:

"Sevimli Manolo, İspaniya Silahlı Qüvvələri barabanını tapıb. Milli komandanı yenidən dəstəkləyəcəyinə inanırıq".

Davulun avtomobilindən oğurlandığını bildirən Manolo, "Onunla çox xoş anlarımız olub. İspaniya milli komandası üçün bütün dünyanı gəzdik. Baraban oğurlananda çox məyus olmuşdum", deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.